Statistika Komitəsi: Piylənmə xəstəliyinə tutulan uşaqların 274-ü qız, 312-si oğlanlarıdır

  • By admin
  • 27 Avqust 2016 00:25
57809328
Azərbaycanda piylənmə xəstəliyinə tutulan uşaqların sayı məlum olub.
 Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən xəbərə görə, ötən il 586 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib. Qeyd olunur ki,  bu da əhalinin 100 min 000 nəfərinə 23 nəfər təşkil edir. Ötən il piylənmə xəstəliyinə tutulan uşaqların 274-ü qız, 312-si oğlan uşaqları olub.
Ümumiyyətlə, 0-13-yaş arası uşaqlardan piylənmə xəstəliyinə tulanların 47,4 faiz qız, 52,6 faizi oğlan olub. 14-17 yaş arası yenitmələrdə isə xəstəliyə tutulanların 45,5 faizi qız, 53,2 faizi oğlan olub.
Xatırladaq ki, ötən il tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 51 nəfərə çatıb.
Gununsesi.info