Ştaynmayer İlham Əliyevə məktub göndərib

  • By admin
  • 23 May 2017 18:05

1460277727_04736509-7076-4e5e-ac9b-8355207f61b5_mw1024_s_n

Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, məktubda deyilir:

“Cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Bu il bizim ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirlər. Təxminən iki yüz il əvvəl ilk şvab mühacirləri bugünkü Azərbaycanın ərazisində məskunlaşıblar. Bu yubileylər bizə ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək və genişləndirmək üçün stimul verəcək.

Yeni tərəfdaşlıq sazişinə dair danışıqlar vasitəsilə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini yeni bünövrə üzərində qurmağa hazır olmağını alqışlayıram. Almaniya bu yolda ölkənizin etibarlı tərəfdaşı olaraq qalacaq.

Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh və rifah dolu xoş gələcək diləyirəm”.

Gununsesi.info