
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, dünyaca məşhur fizik Stefan Havkinq insan sağlamlığına zərər verən şişmanlıq problemi ilə bağlı xəbərdarlıq edib.
O, bildirib ki, bu cür problemlər insan ömrünü qısaldır.
Fizik şişmanlığı “insanlığın indiyə qədər qarşılaşdığı ən ciddi problemlərdən biri” kimi qiymətləndirib. Havkinq bir çox insanın şişmanlıq səbəbindən dünyasını dəyişdiyini vurğulayaraq az yeyib çox hərəkət etməyin vacibliyini qeyd edib.
Məşhur fizik öz fikrini bu şəkildə başa çatdırıb:
“Fiziki hərəkətsizlik dünyada ən çox ölümə səbəb olan 4-cü şeydir. Böyüklər hər gün 30, uşaqlar isə hər gün 60 dəqiqə fiziki hərəkətdə olmalıdır”.
Nigar Cəfərli
Gununsesi.info