Stefan Şenak Azərbaycanın AŞ PA-da cəzalandırılmasına qarşıdır - ÖZƏL

  • By admin
  • 01 May 2023 08:36

Avropa Şurası Parlament Assambleyasının son sessiyası çərçivəsində Azərbaycanla bağlı dinləmələr keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, hökumətin sərt tənqidi üzərində təşkil olunan dinləmələrdə bir sıra AŞ PA üzvləri Azərbaycanın cəzalandırılmasını təklif edib.

AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şenak Gununsesi.info-ya açıqlamasında bu təklifə münasibət bildirib.

Azərbaycanın cəzalandırılmasının çıxış yolu olmadığını vurğulayan Şenak bildirib ki, belə bir addım insan haqları ilə bağlı vəziyyəti dəyişməyəcək: “Azərbaycan hökuməti ilə dialoq davam etdirilməlidir. Biz burada deyildiyi kimi Azərbaycandan olan heyətin səsvermə hüququnun dondurulmasına nail olsaq, o zaman heç nə dəyişməyəcək. Mən xatırladıram ki, biz Mehman Hüseynovun həbsxanadan azadlığa çıxmasına dialoq yolu ilə nail olduq. Ona görə də dialoq davam etdirilməlidir”.  

 

Pərviz Həşimli

Fransa/Strasburq