Stilist Anar Ağakişiyev vergidən yayınma ittihamlarına cavab verdi

  • By admin
  • 15 İyun 2016 10:13

anar

Xəbər saytlarının birində stilistlər haqqında səslənən fikirlər stilist Anar Ağakişiyevi özündən çıxarıb. Gununsesi.info-ya açıqlama verən stilist yazılanların yalan olduğunu vurğulayıb:”Heç bir müğənninin sayəsində tanınmamışam.18 ildi öz üzərimdə çalışıram yalnız buna görə  ad qazanmışam. Kənardan bizim işimiz rənarəng görünür amma heç də elə deyil. Bu dəqiqə ölkədə çətin zamandı bizim üçün də hər şey asan deyil. Anlamıram Azərbaycanda özbaşınalıqdı ki, qanunsuz iş görək? Əlbəttə mən vergimi ödəyirəm. Hər şey qaydasındadır, vaxtı vaxtında qanuni şəkildə vergimi dövlətə keçirirəm. Mən əgər o məbləği alıramsa demək ki, həmin keyfiyyətdə olan məhsullardan istifadə edirəm. Qazandığımın 70%-ni məhsullara xərcləyirəm. Hamısı sağlam və  üzə heç bir ziyanı olmayan məhsullardı. Üz dəriləri  ilə bağlı problem yaşamaq istəyirlərsə ucuz məkanlara öz tuta bilər və ya keyfiyyətsiz kosmetik vasitələrdən istifadə edə bilərlər, heç kim onları tutmur.  Mən Gununsesi.info vasitəsilə, o jurnalistə müraciət edirəm, neyləmişik sizə? Nə istəyirsiniz bizdən? Kimin çörəyini əlindən alırıq? 10-15 ailə dolandırırıq. Tutaq ki, siz dediniz biz də fəaliyyətimizi dayandırdıq bəs həmin ailələrin vəziyyəti necə olacaq? Nəsə yazmazdan öncə düşünmək lazımdır. Nahaq yerə qurumları üzərimizə yönəltməyin”.

HTML tutorial

Xatırladaq ki, mediada stilistlərin külli miqdarda pul qazandığı amma vergidən yayındıqları barədə fikirlər yayılıb.

Sevinc