İstirahət günlərində ictimai nəqliyyat işləməyəcək

  • By admin
  • 17 İyul 2020 18:02

 

“18 iyul gecə yarısından 20 iyul saat 6.00-a qədər müntəzəm və ekspress-xətlərdə avtobusların işi tamamilə dayandırılacaq”.

Gununsesi.org bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilir.

Bakıda karantin çərçivəsində ardıcıl olaraq üçüncü həftədir ki, ictimai nəqliyyatın işində bu cür məhdudiyyət tətbiq edilir.

İstirahət günlərində ciddi karantin rejiminin tətbiq edildiyi Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Gəncə, Masallı, Abşeron, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında da ictimai nəqliyyat işləməyəcək.

Şəxsi nəqliyyatın və dövlət nəqliyyatının, habelə fiziki şəxslərin yerdəyişməsi icaze.e-gov.az portalında icazə və SMS-icazə sistemi ilə birdəfəlik icazələr alındıqdan sonra həyata keçiriləcək.