Stiv Cobsun işə qəbul üçün yazdığı anket 222 min dollara satıldı – FOTO

“Apple” şirkətinin təsisçisi Stiv Cobsun 1973-cü ildə işə qəbul üçün doldurduğu anket hərracda 162 funta (221 842 dollar) satılıb.

Bu barədə “Charterfields” hərrac şirkətinin saytında qeyd olunub.

HTML tutorial

Bir səhifədən ibarət anket 1973-cü ildə S.Cobsun çox güman ki, Portlenddə Rid kollecini tərk etdikdən sonra əlyazısı ilə doldurulub. Bir il sonra S.Cobs “Atari” şirkətinə texniki mütəxəssis kimi işə düzəlib. Burada 1976-cı ildə “Apple” şirkətinin əsasını birlikdə qoyduqları Stiv Voznyakla birgə çalışıb.

Anketdə Cobs kompüter və kalkulyatorlarla işləmək, həmçinin elektron texnologiyalar və rəqəmsal layihələndirmə sahəsində bacarıqları barədə qeydlər edib.

Gununsesi.info