Stokholmda baş vermiş hücum İŞİD-in əmri ilə həyata keçirilib

  • By admin
  • 10 Aprel 2017 07:36

stokholm terror

Aprelin 7-də İsveçin paytaxtı Stokholmda baş vermiş hücum İŞİD terror qruplaşmasının əmri ilə həyata keçirilib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bunu hücumu həyata keçirmiş Özbəkistan əsilli Rəhmət Akilov polisə ifadəsində deyib.

Terrorçu ifadəsində İŞİD  tərəfdarı olduğunu etiraf edib. “ Suriyada bombardmanlara son qoyulmalıdır”, deyə R.Akilov bildirib.

Qeyd edək ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Gununsesi.info