
Stokholm polisi şəhərin mərkəzində və Vorberq mikrorayonunda xüsusi əməliyyatlar keçirib.
Gununsesi.info-nun ria.ru-ya istinadən veridiyi məlumata görə, Vorberqdə polislərin keçirdiyi əməliyyat zamanı 1 nəfər saxlanılıb, Stokholmun mərkəzində keçirilən əməliyyat zamanı isə 3 nəfər saxlanılıb.
Lakin bu əməliyyatlarda saxlanılanların Stokholmdalı terror aktı ilə əlaqəli olub olmadıqları bildirilmir.
Qeyd edək ki, cümə günü Stokholmda yük maşını 18 nəfəri vurub. Onlardan 4 nəfəri həlak olub, 15 nəfər isə xəsarət alıb.
Gununsesi.info