Stoltenberq Britaniya XİN başçısı ilə Ukrayna böhranını müzakirə edib

  • By admin
  • 24 Yanvar 2022 19:31

NATO-nun Baş katibi Yens Stoltenberq Böyük Britaniya xarici işlər naziri Liz Trass Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lunqesku tviter hesabında yazıb.

“Tərəflər Rusiyanın Ukrayna ətrafında hərbi güclənməsini və Avropanın təhlükəsizliyinə təsirlərini müzakirə ediblər. Stoltenberq Böyük Britaniya NATO-nun kollektiv müdafiəsinə verdiyi töhfələrə və tərəfdaşımız Ukraynaya verdiyi güclü dəstəyə görə təşəkkür edib”, – paylaşımda qeyd olunub.

 

 

Gununsesi.info