Stoltenberq: “İran və “Hizbullah” Yaxın Şərqdəki münaqişədən faydalanmamalıdır”

  • By admin
  • 24 Oktyabr 2023 17:27

İran və Livandakı “Hizbullah” Yaxın Şərq münaqişəsindən faydalanmamalı və genişlənməsinə imkan verilməməlidir.

Gununsesi.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Stokholmda keçirdiyi mətbuat konfransında deyib.

“İran və Hizbullah bu münaqişədən istifadə etməməlidir, biz onun genişlənməsinə imkan verməməliyik, bu çox vacibdir”, – deyə o bildirib.

“İsrailin beynəlxalq normalar çərçivəsində özünümüdafiə hüququ var. Mülki əhalinin müdafiəsi əsasdır və mən humanitar yardımın Qəzzaya çatmasını təmin etmək üçün göstərilən səyləri alqışlayıram”, – Stoltenberq bildirib.

Gununsesi.info