Stoltenberq: “NATO Kiyevin uzaqmənzilli raketlərdən istifadəsini müzakirə edir”

NATO ölkələri Kiyevin uzaqmənzilli raketlərdən istifadəsini müzakirə edir.

Gununsesi.info xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, NATO bu məsələ ilə bağlı hələ heç bir qərar qəbul etməyib, lakin bu məsələ müzakirə olunur:

“Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə çatmaq qabiliyyətinə malik olması vacibdir”, – Stoltenberq əlavə edib.

O, bir çox müttəfiq ölkələrin Kiyevə belə zərbələr endirməsinə icazə verməsindən “məmnun olduğunu” bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisinə hücumundan danışan Stoltenberq bildirib ki, orada vəziyyətin necə inkişaf edəcəyini söyləmək çətindir.

 

Gununsesi.info