Stoltenberq NATO-nun ən böyük təliminin anonsunu verdi: 90 minə yaxın hərbçi iştirak edəcək

  • By admin
  • 23 Yanvar 2024 16:06

NATO-nun baş katibi Yens Stoltenberq bu həftə müttəfiqlərin Soyuq Müharibədən bəri ən böyük təlimi olan “Sabit Müdafiəçi” (Steadfast defender) təlimini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, baş katibin sözlərinə görə, onlarda alyansın bütün üzv ölkələrindən və İsveçdən 90 minə yaxın hərbçi iştirak edəcək.

Stoltenberq qeyd edib ki, bu təlimlər transatlantik birliyin və gücün, eləcə də Alyansın bir-birini qorumaq və müdafiə etmək üçün lazım olan hər şeyi etməyə davam etmək əzminin bariz nümayişidir.

Onun sözlərinə görə, bu, alyansı lazımi imkanlarla təmin etməkdən ibarətdir.

Stolenberq bildirib ki, alyans “NATO ərazisinin hər qarışını müdafiə etmək istəyi ilə bağlı Moskvada hər hansı səhv hesablama və ya anlaşılmazlıq ehtimalını aradan qaldırmaq üçün hər şeyi edir”.

“Və bunu etdiyimiz müddətdə NATO ərazisinə heç bir hücum olmayacaq”, – deyə baş katib vurğulayıb.

Gununsesi.info