NATO-nun baş katibi Yens Stoltenberq 2023-cü ilin payızından sonra alyansa rəhbərlik etməyi planlaşdırmadığını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, Almaniyada mətbuat konfransı zamanı bildirib.
Stoltenberqin sözlərinə görə, o, Şimali Atlantika alyansının rəhbəri postunu 2023-cü ilin payızına kimi başa vurmağı planlaşdırır.
“Mən səlahiyyətlərimi yeniləməyi planlaşdırmıram. Mənim şəxsi planlarım payıza qədər səlahiyyətlərimi yerinə yetirməkdir”.
Qeyd edək ki, “The Guardian” qəzeti alyansda konsensusun olmaması səbəbindən Stoltenberqin daha bir il NATO-nun baş katibi postunda qala biləcəyini yazmışdı.
Xüsusilə də ABŞ Ukraynaya görə Uollesin NATO-nun baş katibi postuna namizədliyinə şübhə ilə yanaşır.
Tərcümə
Şəbnəm
Gununsesi.info