Stoltenberq Norveç Mərkəzi Bankına sədr təyin olunub

  • By admin
  • 04 Fevral 2022 15:19

Norveç hökuməti NATO-nun hazırkı baş katibi Yens Stoltenberqi alyansın rəhbəri vəzifəsindən getdikdən sonra Mərkəzi Bankın rəhbəri vəzifəsinə təyin etmək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Baş katib Yens Stoltenberqi 6 il müddətinə Mərkəzi Bankın rəhbəri təyin edilsin. O, Maliyyə Nazirliyinin müəyyən etdiyi tarixdən vəzifəsinin icrasına başlayacaq”, – hökumətin məlumatında qeyd olunub.

Maliyyə Nazirliyi bu vəzifəyə ən uyğun namizədin Stoltenberq olduğunu qənaətinə gəlib.

 

 

Gununsesi.info