Stoltenberq: “Rusiya artıq kimyəvi silahdan istifadə edib”

  • By admin
  • 15 Mart 2022 20:01

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın daha əvvəl kimyəvi silahdan istifadə etdiyini bildirib.

Bu barədə o, brifinqdə məlumat verib.

Alyans rəhbəri qeyd edib ki, Rusiya əvvəllər kimyəvi silahdan istifadə etdiyi üçün NATO sayıqdır. Əgər Rusiya hansısa bəhanə ilə günahı boynundan atmağa çalışsa, NATO buna reaksiya verəcək.

“Rusiya artıq kimyəvi silahdan istifadə edib… Biz ayıq və ehtiyatlı olacağıq, hətta hansısa bəhanə gətirsələr də, buna cavab verəcəyik”, – NATO-nun baş katibi bəyan edib.

Gununsesi.info