NATO Baş katibi Yens Stoltenberq Ukrayna və Gürcüstanın müdafiə nazirləri ilə görüşəcək.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
O bildirib ki, görüş Brüsseldə NATO müttəfiqlərinin müdafiə nazirlərinin görüşü çərçivəsində baş tutacaq.
Baş katib qeyd edib ki, Gürcüstan və Ukraynanın müdafiə nazirlərinin digər müdafiə nazirləri ilə də görüşmək imkanı olacaq.
“Biz müzakirələrdə bu ölkələrə siyasi və praktiki dəstəyi müzakirə edəcəyik”, – Stoltenberq vurğulayıb.
Gununsesi.info