Stoltenberq vəzifədən gedir

  • By admin
  • 13 Fevral 2023 12:56

NATO-nun baş katibi Yens Stoltenberq bu ilin oktyabrında vəzifəsini tərk edəcək.

Gununsesi.info xəbər verir ki, bu haqda onun mətbuat katibi Oana Lunqesku bildirib.

“O, mandatının daha da uzadılmasına cəhd etmək niyyətində deyil”, – Lunqesku deyib.

Stoltenberqin mandatı artıq üç dəfə uzadılıb və o, doqquz ilə yaxındır ki, alyansa rəhbərlik edir.

Son zamanlar Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda bu il 63 yaşlı Stoltenberqin səlahiyyət müddətinin 2024-cü ilin aprelinə qədər uzadıla biləcəyi ilə bağlı təkliflər var.

Xatırladaq ki, Norveç hökumətinin keçmiş rəhbəri ötən il vəzifəsini tərk edərək vətəninə qayıtmaq və mərkəzi bankın rəhbəri olmaq istəyirdi.

Gununsesi.info