Stolüstü tennisçimiz Çexiyada gümüş medal qazandı

  • By admin
  • 15 Oktyabr 2022 18:53

Azərbaycanın stolüstü tennisçisi Mərziyyə Nurmətova Çexiyanın Havirov şəhərində 15 və 17 yaşadək idmançılar arasında keçirilən “Eurotalents Development Camp” turnirdə gümüş medal qazanıb.

Federasiyadan verilən məlumata görə, o, finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Oğlanların mübarizəsində isə Adil Əhmədzadə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, turnirdə Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri yarışıblar.

Gununsesi.info