Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumatı

İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə, 25 sentyabr 2023-cü il tarixdə saat 11:19 radələrində, Tovuz rayon Əlimərdanlı kənd ərazisində CQ 378.2-ci km, BTC – 378, 709-cu km-də mühafizə zonasından 15 metr aralı məsafədə su arxının kənarında (adsız arx) bir neçə ədəd şüphəli partlayıcı maddə aşkar edilmişdir.

Gununsesi.info-ya verilən məlumata əsasən aşkar edilmiş beş ədəd 120 millimetrlik minaatanın (GVMZ-1) partlayıcısı “ANAMA” agentliyinin mütəxəssisləri tərəfindən zərərsizləşdirmək məqsədi ilə akt tərtib edilərək ərazidən götürülmüşdür. Bu zaman ixrac neft və qaz boru kəmərlərinə və onun yerüstü infrastruktur obyektlərinə heç bir zərər dəyməmişdir.

 

Gununsesi.info