Stressin azaldılması insan sağlamlığında olduqca böyük rol oynayır. Xroniki stress ürək-damar, endokrin və bir çox digər orqan və sistemlərə mənfi təsir edir, xroniki xəstəliklərin, o cümlədən şəkərli diabet, xərçəng və s. riskini artırır.
Bu səbəbdən stressi azaltmaq həyati vacibdir. Mütəxəssislərin fikrinə görə, bəzi qidalar böyrəküstü sisteminə təsir edərək stress hormonları olan adrenalin və kortizolun ifrazını tənzimləyir. Stress hormonlarının orqanizmdə uzun müddət ərzində yüksək səviyyədə olması arterial təzyiqin artmasına, immun sisteminin və cinsi meylin zəiflənməsinə səbəb olur.
Gununsesi.org saglamolun.az-a istinadən bildirir ki, ekspertlər stress hormonlarının səviyyəsini azaltmaq üçün qidalanmaya bu kimi qidaları əlavə etməyi tövsiyə edirlər:
Tünd şokolad
Şokoladın tərkibində olan antioksidantlar stress hormonlarını azaldır. Nəzərə almaq lazımdır ki, burda söhbət məhz tərkibində 70% kakao olan tünd şokoladdan gedir.
Avokado
Omeqa-3 yağlı turşularla zəngin olan avokado streslə mübarizə etməyə kömək edir, damarları qoruyur, insult və infarktın riskini azaldır.
Yağlı balıq
Yağlı balıq da Omeqa-3 və Omeqa-6 polidoymamış yağlı turşularla zəngindir. Yağlı turşular stresi və depressiyanı azaldır.