Stress həzm sisteminə birbaşa təsir göstərir

  • By admin
  • 05 İyul 2022 14:16

Mədə xəstəlikləri istənilən yaşda, hətta ciddi dieta saxlanılsa belə rast gəlinə biləcək bir problemdir.

Gununsesi.info xəbər verir ki, bu barədə fikir bildirən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bunun bir çox səbəbləri olduğunu bildirib.

Həkim qeyd edib ki, mədə xəstəliyi zamanı insanda əsasən köp, mədədə yanma hissi, həzmsizlik müşahidə olunur:

“Bəzi əlamətlər var ki, çox diqqətli olmaq lazımdır. 40 yaşdan yuxarı şəxslərin mədəsində köp, ağrı, ürəkbulanma uzun zaman davam etdiyi təqdirdə həkimə müraciət olunmadan dərman vasitələrini qəbul etmək doğru deyil. İştahsızlıq, çəki itirmə, ürəkbulanma mədə xərçənginin ilkin əlamətləri ola bilər.
Bir insan qan azlığından daim əziyyət çəkirsə, mütləq mədə yoxlanılmalıdır, çünki dəmirin sorulma prosesi məhz mədədən başlayır”.

Nazirlik rəsmisinin sözlərinə görə, stress, əsəb mədə-bağırsaq xəstəliklərinə birbaşa tsir edir:

“Gündəlik müraciət edən xəstələrin demək olar ki, 50 faizdən çoxu məhz stres-əsəb pozuntularına bağlı olan şikayətli xəstələrdir. Stres həzm sisteminə birbaşa təsir göstərir. Hətta bunun öyrənilməsi məqsədilə neyroqastroenterologiya adlı yeni elm sahəsi yaranıb. Güclü stresdən hətta mədə xorası yarana bilər. Xüsusi ilə pandemiyadan sonra bu nevroloji vəziyyətlə əlaqəli mədə-bağırsaq şikayətli müraciətlər ciddi artıb.
Streslə bağlı bağırsaq xəstəlik olan qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanların əksəriyyətində qəbizlik, ishal, və ya hər ikisi birgə müşahidə olunur. Aparılan son elmi tədqiqatlar sübüt edib ki, mədə-bağırsaqlarda yerləşən milyardlarla mikroblar bizim nevroloji vəziyyətimizə və hətta davranışlarımıza təsir edə bilər”.

Gununsesi.info