Struktur islahatları davamlı olacaq - MİLLƏT VƏKİLİ MƏMMƏDOV-QULUZADƏ ƏVƏZLƏNMƏSİNİ BELƏ ŞƏRH ETDİ

  • By admin
  • 13 Fevral 2017 15:28
aydin
Azərbaycan Prezidenti İlham Əliyevin Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  yaradılıb. Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə yeni yaradılan nazirliyə rəhbər təyin edilib. Nəqliyyat naziri Ziya Məmmədov isə kənarda qalıb.
Aparılan bu struktur islahatı ilə bağlı Gununsesi.info-nun əməkdaşı  YAP-çı millət vəkili Aydın Hüseynova müraciət edib.
Millət vəkili  Gununsesi.info-ya açıqlamasında deyib ki, bu islahatlar davamlı olacaq:
ziya11
“Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi kompleks islahatlar, xüsusən də, struktur islahatları  birbaşa ölkə iqtisadiyyatının dinamik inkişafına yönəlib. Bu islahatların əsas qayəsi  çevik  və effektli idarəteməyə nail olmaqdır”.
Millət vəkili əlavə edib ki, dövlət idarəetmə aparatı nə qədər yığcam olarsa, idarəetmə də bir o qədər çevik olar.
ramin_guluzade_181215sqw
“Bu, o, deməkdir ki, islahatlar davam edəcək. Ölkədə bir-birini təkrarlayan qurumların birləşməsi  zamanın çağırışı olduğundan, bu  qurumların islahatlar nəticəsində birləşməsi və ya onların bazasında yeni strukturların yaradılması  labüddür. Bu islahatların həyata keçirilməsi idarəetməyə öz müsbət nəticəsini verəcək və biz də yaxın gələcəkdə  bu prosesin davamlı olacağına şahidlik edəcəyik. Çünki bu islahatları ölkə iqtisadiyyatının strateji xətti tələb edir. Qarşıda yeni çağırışlar var və bu çağırışlara uyğun olaraq da idarəetmə formalaşdırılmalıdır”- deyə, A.Hüseynov bildirib.
Mürtəza
Gununsesi.info