
Sakarya Universiteti ilahiyyat fakültəsinin müəllimi Davut Aydüz çıxardıldığı məhkəmə prosesində həbs olunub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konstitusiyanın pozulması, FETO-nun silahlı terrör təşkilatına üzv olmaq və terror təşkilatına maliyyə yardımı dəstəyi vermək və saxlamaq ittihamlarıyla aparılan araşdırma nəticəsində FETO-ya aid olduğu müəyyənləşən telekanalda dini söhbətlər aparan Sakarya Universitetinin ilahiyat fakültəsinin təsfir bölümü üzrə kafedra müdiri, prof. dr. Davut Aydüz yaxalanıb. İlahiyyat fakültəsində bir müddət vəzifəsini icra etdikdən sonra ali məktəbdə vəzifəsinə davam edən prof.dr. Hüdaverdi Adam da 3 gün öncə yaxalanıb. Axşam saatlarında ədliyyəyə sövq edilən Davut Aydüz tutularkən Hüdaverdi Adam sərbəst buraxılıb.
FETO-nun öndə gələn 4 ilahiyyat müəllimindən biri olduğu müəyyələşən Davut Aydüzün Akıncı Hava Əsasında tutulub sərbəst buraxılan Adil Öksüzün də müəllimi olduğu bildirilib.
Gülnaz Qənbərli
Gununsesi.info