STV-nin siması həbs edildi

  • By admin
  • 11 Avqust 2016 12:07

stv

 

Sakarya Universiteti ilahiyyat fakültəsinin  müəllimi Davut Aydüz çıxardıldığı məhkəmə prosesində  həbs olunub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konstitusiyanın pozulması, FETO-nun silahlı terrör təşkilatına üzv  olmaq və terror təşkilatına maliyyə yardımı dəstəyi vermək və saxlamaq ittihamlarıyla aparılan araşdırma  nəticəsində FETO-ya aid olduğu müəyyənləşən telekanalda dini  söhbətlər aparan Sakarya Universitetinin ilahiyat fakültəsinin təsfir bölümü üzrə kafedra müdiri,  prof. dr. Davut Aydüz yaxalanıb. İlahiyyat fakültəsində bir müddət  vəzifəsini icra etdikdən sonra ali məktəbdə vəzifəsinə davam edən prof.dr. Hüdaverdi Adam da 3 gün öncə yaxalanıb.  Axşam saatlarında ədliyyəyə sövq edilən Davut Aydüz tutularkən Hüdaverdi Adam  sərbəst buraxılıb.

FETO-nun öndə gələn  4 ilahiyyat  müəllimindən biri olduğu müəyyələşən  Davut Aydüzün Akıncı Hava Əsasında tutulub sərbəst buraxılan Adil Öksüzün də müəllimi olduğu bildirilib.

Gülnaz Qənbərli

Gununsesi.info