
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda yağış sularının fərdi yaşayış evlərinin həyətinə yığılması nəticəsində biri uşaq olmaqla 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Gununsesi.info-nun nazirliyin saytına istinaden verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat saat 10:39-da başa çatıb.
Gununsesi.info