Su borularını oğurlayan şəxs yaxalandı - FOTOLAR

  • By admin
  • 17 Noyabr 2016 14:14

boru-1

Suraxanı rayon Polis İdarəsinin əməliyatçıları opktyabr ayının sonunda rayonun Dədə Qorqud qəsəbəsində Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin Yaşıllaşdırma İdarəsinin balansında olan 1 km 100 metr uzunluğunda plastik su borularını oğurlamaqda şübhəli bilinən şəxsləri müəyənləşdirə bilib.

Gununsesi.info xəbər verir ki, su borularının oğurlanması barədə məlumat Yaşıllaşdırma İdarəsinin rəhbərliyindən daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan su borularının bir hissəsi əslən İmişli rayonundan olan 51 yaşlı Mübariz Bəybala oğlu Qubadovun “Qazel” markalı avtomobilindən aşkarlanıb.

Faktla bağlı  CM-in oğurluq maddəsi ilə cinayət işi başlayıb.

boru-2

boru-3

boru-4

Gununsesi.info