Su borusunun partlama anı: TƏZYİQLİ SU ONLARLA EVƏ ZİYAN VURDU - VİDEO

  • By admin
  • 30 May 2017 11:47

592d19d867e3c_1boru

Ukraynanın paytaxtı Kiyevdə yerin altında partlayan su borusu dağıntılara səbəb olub.

Gununsesi.info  xəbər verir ki, təzyiqli su asfalt örtüyünü uçurub.

Havaya fışqıran suyun hündürlüyü 20 metrə çatıb. Hadisə anı təhlükəsizlik kameralarına düşüb.

Təzyiqli su yaxınlıqdakı evlərin və mağazaların şüşələrin sındırıb. Eyni zamanda, bir neçə avtomobilə də ziyan dəyib.

Gununsesi.info