
Bədbəxt hadisə Qobustanda baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Çalov kəndində qeydə alınıb.
Belə ki, kənddə 2013-cü il təvəllüdlü Məmmədli Rasim Yunis oğlunun üzərinə su çəni aşıb.
Nəticədə o, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info