Su kəmərində baş vermiş qəza aradan qaldırılıb

  • By admin
  • 26 Oktyabr 2022 19:21

Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

Bu barədə Modern.az-a“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

“Hazırda kəmərin su ilə doldurulması və qazılmış ərazidə yol yatağının bərpası işləri aparılır. Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali normal qaydada içməli su ilə təmin olunub”, -deyə qurum rəsmisi vurğulayıb.

Gununsesi.info