Su kanalından meyit tapıldı

  • By admin
  • 27 Avqust 2016 13:36

da41d97b9381dc898f04c5be60951abc

Xızı rayonunda su kanalından meyit tapılıb.

Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 26-da Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində Şabran şəhər sakini Fərhad Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Onun iyunun 6-da Şabran RPŞ tərəfindən itkin düşmüş kimi axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info