Suala cavab vermək istəməyən nazirdən jurnalistlərə QEYRİ-ADİ REAKSİYA

  • By admin
  • 24 Oktyabr 2017 10:42
default
Jurnalistlərin İlham Əliyev və Serj Sarkisyanın Cenevrə görüşündən sonra cəbhə xəttində atəşkəs rejiminin pozulması və nəticədə hərbçilərin ölüm faktı ilə bağlı Ermənistanın müdafiə naziri Viqen Sarkisyana ünvanladığı suala qeyri-adi formada cavab verib.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, erməni nazir jurnalistələrin sualına cavab verməkdən boyun qaçıraraq, onlara nazirliyin mətbuta xidmətinə müraciət etməyi tövsiyyə edib.
Jurnalistlərin təkidinə və iradına baxmayaraq erməni nazir deyib: “Siz istəyirsiz ki, bu insanlar işsiz qalsın? Onlara müraciət edinBizim mətbuat xidmətimiz varHansı ki, onlar sizinlə istənilən məsələni müzakirə edə və cavab verə bilər”.
Jurnalistlərin “O zaman müdafiə nazirliyi nə üçündür?” sualına gəldikdə isə Viqen Sarkisyan deyib ki, mövcud siyasəti hazırlayıb həyata keçirmək üçün gərəkdir.
Gununsesi.info