Şimali Koreya “Heil-5-23” sualtı nüvə silahını sınaqdan keçirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Şimali Koreya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Heil-5-23” sualtı nüvə silahı Yaponiya dənizində sınaqdan keçirilib. Bəyan edilib ki, bu, ABŞ, Cənubi Koreya və Yaponiyanın yanvarın 15-dən 17-dək keçirdiyi hərbi dəniz təlimlərinə cavabdır.
Nazirliyin məlumatında eyni zamanda bildirilib: “Biz yeni ilin əvvəlindən ölkənin təhlükəsizliyini ciddi şəkildə təhdid edən ABŞ və onun peyklərinin ehtiyatsız hərəkətlərini qətiyyətlə pisləyir, fəlakətli nəticələr barədə ciddi xəbərdarlıq edirik”.
Gununsesi.info