Suarez bir ay yaşıl meydandan kənarda qalacaq

Suarez bir ay yaşıl meydandan kənarda qalacaq

suarez

İspaniyanın “Barselona” futbol klubu uruqvaylı hücumçu Luis Suarezin bir ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Gununsesi.info klubun rəsmi saytına istinadla xəbər verir ki, “Barselona”nın “Real Madrid” komandasına 0:2 hesabı ilə məğlub olduğu İspaniya Superkuboku uğrunda cavab matçında zədələnən L.Suarezin sağ dizində şiş təsbit edilib. Futbolçunun La Liqada “Real Betis”, “Alaves”, “Espanyol” və “Xetafe” ilə qarşılaşmalarda oynaya bilməyəcəyi dəqiqləşib.

Həmin matçda zədələnən və müdafiəçi Xerard Pikenin isə “Real Betis”ə qarşı oyunda meydana çıxması sual altındadır.

Gununsesi.info

COMMENTS