Subaylara və boşanmışlara ev almaq qadağan edildi

  • By admin
  • 29 Mart 2017 12:31

58db70100da5f_1cinxan

Çinin Xançjou şəhərində subaylara və boşanmış şəxslərə ikinci ev almaq qadağan edilib.

Çinin Beynəlxalq radiostansiyası xəbər verir ki, qadağa əmlak bazarında qiymət artımının qarşısını almaq üçün tətbiq edilib.

Yeni qərara əsasən, şəhərdə bütün digər şəxslərin ikinci evi almaq üçün ödəməli olduğu ilkin ödəniş əmlak dəyərinin 60 %-i həcmində müəyyən edilib. Korporativ müştərilər isə daşınmaz əmlakı əldə etdikdən sonrakı 3 il ərzində onu sata bilməzlər.

Qeyd edək ki, bundan əvvəl boşanan şəxslər daşınmaz əmlakla bağlı alış-satışı zamanı vergilərdən azad edilirdilər. Buna görə də, bir çox vətəndaşlar saxta yolla boşanaraq daşınmaz əmlak alır, daha sonra yenidən nikah bağlayırdılar.

Çində tikinti sahəsinə yatırılan investisiyalar yanvar-fevral ayında 8,9% satış isə 26 % artıb. Ona görə də ölkə hakimiyyəti yaşayış evlərinin və kommersiya məkanlarının qiymətinin artmasından ehtiyat edir.(aznews.az)

Gununsesi.info