Sübh saatlarında DƏHŞƏTLİ HADİSƏ: 10 mərtəbəli bina çökdü

  • By admin
  • 27 Mart 2021 10:21

Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binası çöküb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin “Əl-Əhram” qəzeti yazıb.

Bildirilib ki, paytaxtın şərqində yerləşən yaşayış binasının çökməsi nəticəsində ən az 3 nəfər ölüb, 23 nəfər yaralanıb.

Nəşrin məlumatına görə, hadisə şənbə günü səhər tezdən baş verib. Zərərçəkənlər xəstəxanaya aparılıb. Dağıntılar altında qalanlar axtarılır.

Gununsesi.info