Sudan qoşunlarını Yəməndən çıxaracağını açıqlayıb

  • By admin
  • 07 Dekabr 2019 16:58

Sudan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının tərkibinə daxil olan və “Ənsərullah” hərəkatından olan üsyançı husilər ilə müharibə aparan hərbi kontingentini Yəməndən çıxaracaq.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə Sudanın baş naziri Abdulla Hamduk ABŞ-da keçirilən konfransda bildirib.

Baş nazir Sudanın beynəlxalq terrorizmə dəstək verən ölkələr siyahısından çıxarılmasını müzakirə etmək üçün ABŞ-a səfər edib.

Hökumət başçısı Sudan hərbi qüvvələrinin Yəmənə göndərilməsini öncəki rejimin mirası adlandırıb.

“Yəməndəki münaqişə hərbi yolla həll edilə bilməz. Problem siyasi yolla həll edilməlidir”, – o deyib.

O, Yəməndə, təxminən, 5 min sudanlı hərbçinin qaldığını vurğulayıb.

Gununsesi.org