
Sudan və İran yaxın gələcəkdə diplomatik münasibətlərin bərpası və səfirliklərin açılması barədə razılığa gəliblər.
Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Əlcəzairdə keçirdiyi mətbuat toplantısında deyib.
Bildirib ki, bu barədə qərar Bakıda Qoşulmama Hərəkatının nazirlər toplantısı çərçivəsində sudanlı həmkarı Əli Əl-Sadiq Əli ilə aparılan danışıqlarda qəbul edilib.
Münasibətlərin bərpası Ər-Riyad və Tehran arasında normallaşma fonunda baş verir. Sudan 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan sonra İranla diplomatik əlaqələri kəsib. Bu ilin martında Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmanın bir hissəsi olaraq mart ayında münasibətləri bərpa etmək barədə razılığa gəliblər.