ABŞ diplomatlarının avtomobil karvanına atəş açıldı – Dövlət Departamentindən qəzəbli açıqlama

  • By admin
  • 18 Aprel 2023 10:36

Amerikanın Dövlət Departamentinin başçısı Antoni Blinken ABŞ diplomatik avtomobil karvanına atəş açıldığını açıqlayıb. Hücumun qəbuledilməz olduğunu söyləyən ABŞ rəsmisi paytaxt Xartumdakı olaylar zamanı narahatlığını dilə gətirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Böyük Yeddilər toplantısı üçün Yaponiyada səfərdə olan Blinken bu addımı “məsuliyyətsiz davranış” olaraq dəyərləndirib.

“Təhqiqat davam edir. Ancaq ilk kəşflər Çevik Dəstək Qüvvələri birliklərinin olaylara qarışdığını göstərir.”

Amerika tərəflərə atəşkəs çağırışı edib.

Xartırladaq ki, Sudandakı Avropa Birliyinin səfiri Aidan Ohara da Xartumdakı evində hücuma məruz qalmışdı.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info