
Sudanın şərqində zəvvarları daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 32 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, insident Hartum və Port-Sudan şəhərlərini birləşdirən magistral yolda baş verib. Qəzanın məhdud görünmə şəraitində baş verdiyi bildirilir.
Zəvvarların Səudiyyə Ərəbistanına Ümrə (Kiçik Həcc) ziyarətinə getdiyi qeyd olunur. (APA, RİA Novosti)