Sudanda böhran dərinləşir: 11 nəfərin cəsədi quyudan çıxarılıb

  • By Admin2
  • 17 Mart 2025 14:44

Sudan silahlı qüvvələrinin vətəndaş müharibəsində irəliləməsi davam edir. Paytaxt Xartumda Çevik Dəstək Qüvvələrinin nəzarətinə götürdüyü məhəllədə 11 nəfərin cəsədi quyuda tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sudanda vətəndaş müharibəsində Silahlı Qüvvələr ilə sürətli dəstək qüvvələri arasında qarşıdurmalar davam edir. Sudan silahlı qüvvələri paytaxt Xartuma doğru irəliləməyə davam edir.

Feyhaa məhəlləsi sürətli dəstək qüvvələrinin əlindən alınıb. Aralarında qadın və uşaqların da olduğu 11 nəfərin meyiti məhəllədəki quyudan tapılıb.

Sudan silahlı qüvvələrinin rəsmiləri bu şəxslərin Çevik Dəstək Qüvvələri tərəfindən öldürülərək quyuya atıldığını iddia edib. Çevik Dəstək Qüvvələrindən bu iddialara cavab verilməyib.

Orxan

Gununsesi.info