
Sudanın paytaxtı Xartumda gerçəkləşdirilən hücum zamanı 17 nəfər ölüb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sudan Ordusu və yarımhərbi qrup arasında yaşanan toqquşmalar 47-ci gündür ki, davam edir.
Son toqquşmalar zamanı 106 nəfər ağır yaralanıb.
Yaralılar və ölənlərin sayı Sudan Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib.
Tərcümə: Arzu Sayadoğlu