Sudanda hakimiyyət devrildi - XALQ 30 İLLİK PREZİDENTİ QOVDU

  • By admin
  • 11 Aprel 2019 12:58
Gununsesi.org  “Nezavisimaya qazeta”-ya istinadən xəbər verir ki, bu gün səhər Sudan ordusu ölkə prezidentini  vəzifədən çıxarıldığını və nazirlər kabinetinin istefa verdiyini elan edib. Bir qrup zabit dövlət teleradio şirkətinə daxil olub.
Təxminən dörd aydır ki, ölkədə xalq etirazları davam edir, çörəyin qiymətinin aşağı salınması tələbi ilə başlayan məşhur nümayişlər, tədricən siyasi rejimin dəyişməsi ilə bağlı şüarlara keçib.
Ömər əl-Bəşir 30 ildir fasiləsiz olaraq Sudan hakimiyyətindədir. Müxalifət və hüquq müdafiəçilərinin fikrincə, bu müddət ərzində təxminən 60 nümayişçi öldürülüb, yüzlərlə insan yaralanıb, bir neçə min nəfər saxlanılıb.
Ötən həftə sonu minlərlə etirazçı dövlət başçısının istefasını tələb etmək üçün Hartum və digər şəhərlərin küçələrinə axışıb. Xüsusən, nümayişçilər ordunun baş qərargahına gəlib və əsgərləri “xalqın tərəfinə keçməyə və prezidentin istefasına nail olmağa” çağırıb.