Sudanda hücum: 22 mülki vətəndaş öldü

  • By admin
  • 09 İyul 2023 14:55

Sudan ordusunun Omdurman şəhərində Çevik Dəstək Qüvvələrinə yönəlmiş hücumunda 22 nəfər mülki vətəndaş ölüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, onların arasında uşaqlar da var.

Dövlət rəsmiləri açıqlamasında sayı bildirilməyən açıqlamada çoxlu sayda yaralananların da olduğunu vurğulayıb.

Bir çox evə zərər dəyib.

Uzun müddətdir ki, davam edən toqquşmalarda 3 ay içində 133 nəfər öldürülüb, 3 milyon adam yerində köçürülüb.

 

Tərcümə: Arzu

Gununsesi.info