
Sudanda şiddətli döyüşlər davam edir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ordu qüvvələrinin gerçəkləşdirdiyi hücum zamanı 32 mülki vətəndaş ölüb.
Olay nizami ordunun Omdorman şəhərindəki topçu hücumları zamanı yaşanıb.
Çoxlu sayda mülki vətəndaş yaralanıb.
Sərbəst Fövqəladə Hallar Vəkilləri Komitəsi hücumları və ölənlərin sayını təsdiq edib.
Hücumlardan sonra çoxlu sayda mülki vətəndaş şəhəri tərk edib.
Ölkədəki hərbi qaynaqlar nizamlı ordunun Ombdurman şəhərinə çoxlu sayda əsgər yönləndirdiyini açıqlamışdı.
Xatırladaq ki, Sudanda nizamlı ordu ilə Çevik Dəstək Qüvvələri arasında toqquşmalar yaşanır.
Tərcümə: Arzu