Suğra Bağırzadə Ajda Pekkanı kölgədə qoydu - BİRİNİN 70, DİGƏRİNİN 71 YAŞI VAR - FOTOLAR

  • By admin
  • 08 Noyabr 2017 14:54

Ötən gün Türkiyənin məşhur müğənnisi Ajda Pekkanın mətbəxdə çəkdirdiyi yeni fotoları yayılıb.

Gununsesi.info-nun metbuat.az-a istinadən verdiyi məlumata görə, izləyicilər onun 71 yaşında bu cür baxımlı və cavan qalmasına heyrət ediblər.

Bu fotolar azərbaycanlı izləyicilərin də xeyli marağına səbəb olub. Onlar A.Pekkanı Azərbaycanın 70 yaşlı tanınmış aktrisası, rəssam Suğra Bağırzadə ilə müqayisə ediblər.

Vurğulayıblar ki, türkiyəli müğənni bu günə kimi saysız-hesabsız plastik əməliyyat keçirib. Ancaq S.Bağırzadə heç bir əməliyyat etdirmədən, sağlam həyat tərzi və qidalanma sayəsində bu qədər cavan və baxımlı qalıb.

Gununsesi.info