Sui-qəsd olmasa, Tramp sonadək vəzifəsini icra edəcək - Politoloqlar

  • By admin
  • 17 Yanvar 2017 15:47
tramp
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın son açıqlamaları dünya siyasətçilərində, ekspertlərdə ciddi  fəqrli düşüncələrin yaranmasına yol açıb. Artıq  dünyaca məhşur bir sır ekspertlər hesab edir ki, D. Trampın  qeyri-ənənəvi hərəkətləri ona vəzifəsini sonadək icra etməyə imkan verməyəcək və yarımçıq postunu tərk etməli olacaq. Və ABŞ-da növbədənkənar prezident seçkiləri keçiriləcək. Hətta,bir sıra azərbaycanlı ekspertlərdə də belə fikirlər mövcuddur.
Gununsesi.info-nun əməkdaşı məsələnin aktuallığını nəzərə alaraq politoloq Azər Rəşidoğluna müraciət edib.
azer-rasidoqlu
A.Pəşidoğlu deyib ki,  Donald Tramp ABŞ maraqlarına zidd addım ata, Rusiya qarşısında geri çəkilə bilməz.
“Bunu edərsə, o prezidentlikdən daha tez gedə bilər. ABŞ tarixində prezidentə etimadsızlıq göstərilməsi və yaxud, sui-qəsd təcrübəsi də var. Bu baxımdan, Tramp ona çəkilən dairədən kənara çıxa bilməz”- deyə, ekspert vurğulayıb.
Onun sözlərinə görə,  Amerikanın maraqları bu mərhələdə Trampın prezident olmasını məqbul hesab edir:
“Lakin o, inanmıram ki, uzun müddət Ağ Evin sahibi olsun. Düşünürəm ki, siyasi məsələlərdən onun vitse-prezident təyin etdiyi Mayk Pens sorumlu olacaq və istisna deyil ki, ölkənin əsas siyasi fiquru da elə Pens olacaq”.
1468129405_tofiq-abbasov
Politoloq Tofiq Abbasov isə Gununsesi.info-ya açıqlamasında  bildirib ki,  Tramp siyasi arenada  qeyri-ənənəvi mövqe sərgiləməsilə bir çoxlarını təəccübləndirir.
“Onun bu bəyanatları təbii olaraq, həm tərəfdarlarını, həm media əhlini, həm də ekspertləri  düşündürməyə vadar edir. Düzdür, Amerikada Kennedi və Nikson  hadisəsindən sonra  sərt xarici siyasət yürüdülür. Amerika prezidentləri  bir qayda olaraq ölkənin maraqları ilə bağlı məsələlərdə maksimalizm mövqeyi sərgiləyirlər”- deyə, o, bildirib.
T.Abbasov əlavə edib ki,  Amerika prezidentləri  ölkə maraqları naminə dünyanın istənilən bölgəsində  heç nədən çəkinmədən, açıqcasına təzyiq, təhdid və digər metodlardan istifadə edərək addımlar atırlar.
“Trampa gəldikdə isə deyə bilərəm ki, o, yetərincə kreativ adamdır. Ona görə də inanmıram ki, o, prezidentlik dövründə Amerika maraqlarına zidd hərəkət etsin. Digər  məqam isə ondan ibarətdir ki, Tram kifayət qədər  normal  və peşəkar bir komanda formalaşdırmağı bacardı. Elə onun təyin etdiyi yeni dövlət katibi Reks Tillerson başda olmaqla əksəriyyəti peşəkardır. O baxımdan,  komandasında Trampın  sözü keçərli olsa da, komandasının  fikirlərini nəzərə alacaq”- deyə, politoloq vurğulayıb.
Politoloq  hesab edir ki, əgər Tramp Amerika maraqlarına zidd hərəkət edərsə, ona sui-qəsd olacaq  və sair:
“Bir daha təkrara edirəm, onun normal komanadası var və onun Amerika maraqlarına zidd hərəkət atacağına inanmıram”.
Son olaraq T. Abbasov bildirib ki, Tarmpa qarşı hər hansı sui-qəsd və açıq təxribat xarakterli hərəkət olmasa, o, prezidentlik  müddətini normal qaydada başa vuracaq və Amerika maraqlarını müdafiə edəcək:
“Açıq təxribat dedikdə isə onu nəzərdə tuturam ki, Ağ Evin hazırkı rəhbəri  Trampın prezident kürsüsündə olduğu müddətdə fəaliyyətini ağırlaşdıran təxribat xarakterli hərəkətlərə yol verir.  Hesab edirəm ki,  Tramp prezident kimi məharətlə öz ölkəsinin maraqlarını müdafiə edəcək. Təsadüfi deyil ki, o, seçicilərinə üzünü tutaraq, “8 ildən sonra mənə təşəkkürünüzü bildirəcəksiniz”-deyib.  O, rəqiblərinə imkan verməyəcək ki, zəif nöqtələrindən istifadə edib,  onu vəziyyətini daha da ağırlaşdısınlar”.
Mürtəza 
Gununsesi.info