Sükan arxasında kəmər taxmayan baş nazir cərimələndi - RİŞİ SUNAK SƏHVİNİ ETİRAF DİB, ÜZR İSTƏDİ

  • By admin
  • 21 Yanvar 2023 12:54

Böyük Britaniyanın baş naziri Rişi Sunak hərəkətdə olan avtomobildə sosial şəbəkə üçün video çəkərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün cərimələnib.

Gununsesi.info-nun İngiltərə mediasına istinadən verdiyi xəbərə görə, Sunak rəsmi sosial media hesabında yerləşdirdiyi videoda təhlükəsizlik kəməri taxmadığı üçün üzr istəyib.

İngiltərənin şimalındakı Lancashire bölgəsində çəkildiyi anlaşılan görüntülərdə baş nazirin avtomobilini polis qrupları müşayiət edir.

Lancashire polisi mübahisəli görüntülərlə bağlı “istintaq açdıqlarını” deyib.

Böyük Britaniyada təhlükəsizlik kəməri taxmayanlar hadisə yerində 100 funt sterlinq cərimə oluna bilər. İş məhkəməyə gedərsə, cərimə 500 funt-sterlinqə qədər ola bilər.

Baş nazir Sunak sosial media klipi ilə bağlı yaranan vəziyyətə görə üzr istəyib və bunun “yaxşı davranış” olduğunu bildirib.

Baş nazirliyin sözçüsü, Sunakın “səhvini tamamilə etiraf etdiyini” və hər kəsin təhlükəsizlik kəməri taxması lazım olduğunu düşündüyünü əlavə etdi.

Müxalifət isə Sunakın təhlükəsizlik kəməri taxmaması ilə bağlı müzakirələri tez dəyərləndirib.

Ana müxalifət İşçi Partiyası, Sunakın keçən il “təmassız kart” ilə ödəniş etmədiyi görüntülərini xatırladaraq, “Rishi Sunak idarə edə bilmir; təhlükəsizlik kəmərini, bank kartını, qatar xidmətlərini, iqtisadiyyatı və ölkəni. Siyahı hər gün uzanır.” .

Baş nazir Sunak bu həftəki rəsmi səfərləri zamanı Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə səyahət etdiyi üçün də tənqid edilib.

Liberal Demokrat Partiyasının rəsmisi Deysi Kuper deyib: “Baş nazir təyyarələrin uçmasına o qədər öyrəşib ki, maşında təhlükəsizlik kəmərini taxmağı unudub”.

Böyük Britaniyada yaşı 14-dən yuxarı olan sərnişinlər təhlükəsizlik kəmərindən istifadəyə görə qanunla məsuliyyət daşıyırlar. Yaşı 14-dən az olanlar üçün təhlükəsizlik kəməri taxmaq sürücünün borcudur.

2021-ci ildə avtomobil qəzalarında ölənlərin 30 faizinin təhlükəsizlik kəməri taxmaması aşkar edilib.

 

Tərcümə:

Afət