Şükürlər ailəsinin sərvəti bəlli oldu

  • By admin
  • 29 Avqust 2016 16:30

fetocu_hakan_sukur_konustu_1472071322_5245 

Sakarya Baş Prokurorluğu millinin sabiq futbolçusu Hakan Şükür və atası Selmet Şükürün bank hesabları və sərvəti barəsində araşdırmaya başlayıb. 

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hakan Şükür və atasının tikinti, idman, turizm sahəsində fəaliyyət göstərən 7 şirkətə 30-60 faiz arasında ortaqlıq etdiyi aydınlaşıb. 

Qeyd edək ki, prokurorluq Hakan Şükür və atası Selmet Şükürün sərvətinin 100 milyon manatdan çox olacağını bəyan edib. Ailənin təkcə Sakaryada 16 villasının olduğu deyilir.

Gununsesi.info