Sular çəkiləcək, qitlələr birləşəcək: Dünya belə görünəcək - FOTO

  • By admin
  • 07 Oktyabr 2022 20:40

Qarşıdakı 300 milyon il ərzində Sakit və Atlantik okeanın suları çəkiləcək və yeni Amasia adlı super qitə formalaşacaq.

Gununsesi.info xəbər verir ki, belə bir qənaətə araşdırmalardan sonra Avstraliya alimləri gəliblər.

Bildirilir ki, bütün qitələr şimal qütbü və ya Şimal Buzlu Okeanın dövrəsində birləşəcək.

Avstrakliyanın Kortin Universitetinin alimləri bildiriblər ki, hər il okeanların su hövzələri sürətlə azalır və öz hündürlüyünü itirir.

Bu da qitələrin birləşməsinə gətirib çıxaracaq başlıca amillərdəndir.

Alimlərin fikrincə, Amerika qitəsi şərqə, Asiya isə qərbə doğru “sürüşməyə” başlayacaq.

Alimlər yaxın 200-300 milyon il ərzində qitələrin “iç-içə girəcəyini” iddia ediblər.

Gununsesi.info